Rəşad Sadıqovun səbri daşdı: ”İmkan axtarırsız ki… Bəsdirin artıq!”

5 Sentyabr 2022 11:00 Qalmaqal 1 658
Rəşad Sadıqovun səbri daşdı: ”İmkan axtarırsız ki… Bəsdirin artıq!”

Premyer Liqanın V turunun hazırda davam edən “Zirə” – “Qəbələ” matçında gərginlik yaşanıb.

Sportinfo.az xəbər verir ki, 34-cü dəqiqəsində “Zirə”nin qapısına penalti təyin olunub. Məhz bundan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov özündən çıxıb.

O, üzünü hakimlərə tutaraq, “mən iki ildir buradayam, nəvaxtsa “Zirə”nin xeyrinə belə penalti vermisiz? İmkan axtarırsız ki, qapımıza penalti təyin edəsiz. Bəsdirin artıq!”deyib.

Rauf Cabbarovun mübahisəli qərarı ilə hesabı açmaq imkanı əldə edən qonaqlar fürsəti qaçırmayıb. Şimali makedoniyalı yarımmüdafiəçi İsnik Alimi penaltini dəqiq yerinə yetirib.

Lakin “qartallar“ ruhdan düşməyib, Rəhim Sadıxovun dublu ilə geridönüş edərək, 3 xal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”