Tanınmış hücumçunun yaratdığı bu QALMAQAL başına bəla oldu - VİDEO

1 Sentyabr 2022 16:20 Qalmaqal 753
Tanınmış hücumçunun yaratdığı bu QALMAQAL başına bəla oldu - VİDEO

Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev uzun müddətli cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının IV turunun “Səbail” – “Kəpəz” oyununda Gəncə klubunun hücumçusu Rauf Əliyevu etdiyi hərəkətə görə cəzalandırıb.

O, hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılsa da, yenidən meydançaya daxil olub. Buna görə də Əliyev 5 oyun cəzalandırılıq, "Kəpəz" isə 4000 manat cərimə olunub.

İnsident 71-ci dəqiqədə yaşanıb. Baş hakim Tural Qurbanov qonaq komandanın futbolçusu Rauf Əliyevi təhqirə yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

O, dördüncü hakimin xəbərdarlığından sonra bu addımı atıb. Qərarla razılaşmayan 33 yaşlı hücumçu referi ilə mübahisə edib.

Əliyev onu söydüyünü iddia edən dördüncü hakim Namiq Bəkirova kənardan eşitdiyi təhqirə cavab verdiyini bildirib. Lakin baş hakimin qərarı dəyişməyib.

Futbolçu meydançanı tam tərk etməyərək, kənarda oyuna baxmağa başlayıb. Referi onu oradan da uzaqlaşdırıb.

“Kəpəz”in digər futbolçusu – cinah müdafiəçisi Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

Bundan başqa, həmin oyunda stadionun dəhlizində “A” buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunub.

Həmin qalmaqallı videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti