"Qəbələ"nin futbolçuları məğlubiyyəti həzm etmək istəmədi, insident yaratdılar - VİDEO

29 Avqust 2022 01:10 Qalmaqal 773
"Qəbələ"nin futbolçuları məğlubiyyəti həzm etmək istəmədi, insident yaratdılar - VİDEO

Qəbələdə eyniadlı komanda ilə "Sabah" arasında keçirilən Premyer Liqanın IV tur oyununda (0:2) insident baş verib.

Sportinfo.az xəbər verir ki, buna qonaqların yarımmüdafiəçisi Coy Lens Mikelsin qol vurduqdan sonra sevinməsi səbəb olub.

Almaniyal oyunçuya dərhal reaksiya verən "qırmızı-qaralar"ın müdafiəçisi Ruan Renato ona hücum çəkib.

Daha sonra Bakı klubundan Aleksey İsayev ilə meydan sahiblərindən Rafael Utziq arasında qalmaqal yaşanıb. Məşqçilərin də köməyi ilə tərəfləri çətinliklə sakitləşdirmək mümkün olub.

Matçın baş hakimi Əliyar Ağayev Mikelslə Renatoya sarı vərəqə göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı