Tanınmış azərbaycanlı hücumçu QALMAQAL YARATDI - VİDEO

28 Avqust 2022 01:50 Qalmaqal 2 562
Tanınmış azərbaycanlı hücumçu QALMAQAL YARATDI - VİDEO

Azərbaycan Premyer Liqasında IV turun "Səbail" - "Kəpəz" oyununda qalmaqal baş verib.

Sportinfo.az xəbər verir ki, insident 71-ci dəqiqədə yaşanıb.

Baş hakim Tural Qurbanov qonaq komandanın futbolçusu Rauf Əliyevi təhqirə yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

O, dördüncü hakimin xəbərdarlığından sonra bu addımı atıb. Qərarla razılaşmayan 33 yaşlı hücumçu referi ilə mübahisə edib.

Əliyev onu söydüyünü iddia edən dördüncü hakim Namiq Bəkirova kənardan eşitdiyi təhqirə cavab verdiyini bildirib. Lakin baş hakimin qərarı dəyişməyib.

Futbolçu meydançanı tam tərk etməyərək, kənarda oyuna baxmağa başlayıb. Referi onu oradan da uzaqlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”