Bu şəxs “Qarabağ”a qarşı təxribatçı sualı qəsdən verib, yoxsa..? - VİDEO

26 Avqust 2022 16:40 Qalmaqal 1 768
Bu şəxs “Qarabağ”a qarşı təxribatçı sualı qəsdən verib, yoxsa..? - VİDEO

“Sabah” və “Fotomaç” kimi nüfuzlu nəşrlərin idman yazarı Gürcan Bilgiç “A Spor” telekanalında yayımlanan “Son Sayfa” verilişində “Qarabağ”ı Ermənistan komandası kimi təqdim edib.

O, verilişin aparıcısı Melike Çelikin klubların adlarını sadalamasından sonra “Qarabağ” Ermənistan komandasıdır?” sualını verib.

Aparıcı isə dərhal onun səhvini düzəldərək “Azərbaycan komandasıdır” deyib.

Gürcan Bilgiçin bu səhvi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub və tənqid edilib.

Sportinfo TV-də yayımlanan "Futbol söhbəti" verilişinin aparıcısı Elçin Cəfərov bildirib ki, adamda o qədər böyük erməni sevgisi var, bilərəkdən, çəkinmədən, utanmadan bu çıxışı edir:

“Halbuki erməni klubları indiyədək Avropa Liqasının qrup mərhələrində çıxış etməyib və ahıl yaşlı jurnalist bundan xəbərdar olmalıdır”.

Türk futbolunun Azərbaycanda “bir nömrə”si onu da əlavə edib ki, nüfuzlu bir telekanalda çalışan Gürcan Bilgiç təcrübəsinə və yaşına baxmayaraq, indiyədək “Qarabağ”ın hansı ölkəyə mənsub olmasından bixəbərdir:

“Bunun ancaq bir adı var: Ya düşmən xislətli mütxəsəssis qərəzli mövqe tutub və türk xalqının heysiyyatı ilə oynayır, ya da onun futboldan anlayışı yoxdur.

Çünki o, 9 ildir UEFA-nın qrup yarışlarında mübarizə aparan Ağdam komandasının hansı ölkəyə mənsub olduğunu bilməli idi”.

Videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Həmin videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti