ŞOK OLAY! Millimizin sabiq hücumçusu azərbaycanlıları təhqir etdi: “Çaqqallar”

25 Avqust 2022 14:00 Qalmaqal 2 498
ŞOK OLAY! Millimizin sabiq hücumçusu azərbaycanlıları təhqir etdi: “Çaqqallar”

“Viktoriya” ilə cavab görüşündə (1:2) kobud səhvlərlə yadda qalan Şahruddin Məhəmmədəliyev əsas günahkar hesab olunur.

Sosial şəbəkələrdə qapıçını nöqsanlarına görə “bağışlayanlar” tapılsa da, böyük əksəriyyət onun “Qarabağ”a layiq olmadığını iddia edir.

Belə vəziyyətdə sabiq və hazırkı komanda yoldaşları “Şah”a dəstək verməyə çalışır, müxtəlif paylaşımlar edir.

Dəstək kompaniyasına Azərbaycan millisinin, eləcə də “Neftçi”, “Sumqayıt”, “Qəbələ”, “Səbail” kimi klubların sabiq hücumçusu, əslən Rostovdan olan Ruslan Qurbanov da qoşulub.

Hazırda klubsuz olan və karyerasını başa vurmaq haqda düşünən Qurbanov yaxın dostuna dəstək olarkən, Şahruddinə irad tutan, onu tənqid edən azərbaycanlı futbolsevərləri təhqir edib:

“Dünən “Şah, Şah” qışqırırdınız. Bu gün isə çaqqal kimi hücuma keçmisiniz. “Şah”ın milli və klub üçün etdiyi yaxşılıqları tez unudursunuz. Maskalarınızı çıxarın, biz sizi çoxdan tanımışıq”.

“Qarabağ” Çempionlar Liqasının plef-offunda Bakıda qolsuz bərabərə qaldığı “Viktoriya”ya səfərdə 1:2 hesabı ilə uduzub. Azərbaycan çempionu çıxışını Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti