Azərbaycanda VAR QALMAQALI: Rəşad Sadıqov hakimİ səhv etməyə qoymadı - VİDEO

22 Avqust 2022 16:40 Qalmaqal 944
Azərbaycanda VAR QALMAQALI: Rəşad Sadıqov hakimİ səhv etməyə qoymadı - VİDEO

Dünən Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirildi.

"Zirə" Mərdəkanda "Sumqayıt"ı qəbul etdi - 0:0.

"Dalğa Arena"dakı qarşılaşma daha çox mübahisəli bir epizodla yadda qaldı. Belə ki, son saniyələrdə nominal ev sahiblərinin qapısı önündə yaşanan epizod aranı qarışdırdı.

Qonaqlarıln hücumçusu Almir Aqanspahiç bir müdaxilə sonrası yerdə qaldı. Referi Rəvan Həmzəzadə bosniyalı hücumçuya qarşı kobudluğun olmadığını bildirərək, oyunu davam etdirdi, amma...

Az keçmiş VAR otağından gələn siqnal baş hakimin “dayanın” göstərişi verməsinə səbəb oldu. VAR hakimləri penalti qərarı vermək məsuliyyətini bölüşməyincə, Həmzəzadə özü ekrana yaxınlaşdı.

Və bu zaman “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov ondan həmin epizoddan bir qədər öncəki qayda pozuntusuna diqqət yetirməsini istədi.

Gənc çalışdırıcının israrı sonda bəhrə verdi, referi hücumun əvvəlində “Zirə”nin müdafiəçisi Sərtan Taşkının kobudluğa məruz qalmasını gördü və penalti təyin etmək fikrindən daşındı.

Rəşad Sadıqov qarşılaşmanın VAR-a baxılmasından ötrü 6 dəqiqə dayandırılmasına qarşı çıxıb:

"Keçən il deyir və hiss edirdim ki, VAR gələndən sonra daha böyük problemlər olacaq. Bu da isbat edildi.

Baş hakim Rəvan Həmzəzadəyə həmin epizoddan əvvəlki an göstərilmədi. Axı buna elm lazım deyil.

VAR-a görə 6 dəqiqə dayanmaq olar? 80-cı dəqiqədir və matçın sonlarıdır. 6 dəqiqə fasilə verirsən, rəqib də istirahət edir.

VAR-a qədər üstünlüyümüz var idi, ondan sonra "Sumqayıt" əks-hücuma çıxdı. Hansısa qərar verilməlidir. VAR-a 2-3 dəqiqədən çox vaxt ayrılmamalıdır. Ondan sonra üstünlük yarartmaq çətinləşir".

40 yaşlı mütəxəssis VAR-a daha təcrübəli referilərin təyin olunmasını istəyib:

"Referi dedi ki, futbolçuya toxunuşu görmüşəm. Amma VAR hakimi dedi ki, get, özün bax.

Yaxşı olardı ki, VAR-a daha təcrübəliləri qoyulsun. Çünki onlar həlledici rol oynayırlar.

Görüşün bu qədər dayanmasına səbəb olurlar. Adam hiss edir ki, qarşıdakı turlarda bizi nələr gözləyir".

Baş məşqçi hakimlərin bəzi səhvlərini qabartmadığını sözlərinə əlavə edib:

"Belə epizodlar çox olur. VAR-dakı hakim niyə epizodu bir saniyə geri çəkmirdi? Ona da baxmaq lazımdır. Özü də VAR-da oturub.

Sanki həmin epizod xətkeşlə kəsilmişdi.Ötən mövsüm haqsızlıqlar oldu. Hakim səhvləri var idi, amma qabartmırdıq.

30 ildir futboldayam və bəzən elə epizodlar olur ki, hakimin səhv edə biləcəyini görürsən. Amma Rəvan Həmzəzadə 6 dəqiqə nə barədə danışırdı?

Mən onun nə danışdığını eşidirdim. Amma VAR-dakı hakim tələb edirdi ki, getsin epizodun təkrarına baxsın".

Həmin qalmaqallı görüntünü bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"