Sabah Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ”- “Viktoriya” matçına bilet almaq istəyən azarkeşlər problemlə üzləşiblər.
Buna səbəb onlayn biletin satışını təşkil edən "İticket" saytının çökməsidir.
Qarşılaşmaya marağın həddindən artıq böyük olması və eyni anda minlərlə azarkeşin bilet almaq cəhdi sayta girişdə problem yaradıb.
Sportinfo TV-də yayımlanan "Futbol söhbəti" verilişinin aparıcısı Elçin Cəfərov hər kəsi narahat edən və narazı salan məsələyə münasibət bildirib.
O, deyib ki, bu, işbazların növbəti tələsidir. Onlar pul qazanarkən, “Qarabağ” itirib.
Tanınmış aparıcı-ekspert onu da əlavə edib ki, qarşılaşma günü stadion ətrafında əlində “paçka”larla dolu 5 manatlıq bileti 20 manata satacaqlar:
“Əslində, sevindirici haldır ki, Azərbaycanda insanlar Ağdam klubuna inanırlar. “Qarabağ” futbolda inkişaf tempinə görə Azərbaycan futbolundan 25 il öndədir.
Yəni, Qurban Qurbanov və komandasına xalq buna görə inanır və etimad göstərir”.
Həmin videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

