Bu adam görün kimləri hədəf aldı: “Onun-bunun ”əl meymunu” olacaq”

14 Avqust 2022 19:40 Qalmaqal 821
Bu adam görün kimləri hədəf aldı: “Onun-bunun ”əl meymunu” olacaq”

“Kəpəz”in ev oyunlarını Gəncə şəhər stadionunda keçirməyə icazə verilməməsi şəhərdə ciddi narazılıq yaradıb.

Lakin narazılıq təkcə bu qərarı verənlərlə bağlı deyil.

İş burasındadır ki, komandanın azarkeşləri arasında da fikir ayrılığı yaşanır.

Bunu görüb-bilmək üçün “Kəpəz”in sosial şəbəkə platformalarında ən fəal üzlərindən olan Müşviq Məmmədovun “feysbuk”dakı paylaşımına nəzər yetirmək kifayətdir.

Məmmədov konkret ad çəkməsə də, atmacaların “Kəpəz” azarkeşlərinin hansısa qisminə və ya klubda çalışan gəncəlilərə tuşlandığını anlamaq çətin deyil:

“Nə qədər ki, Gəncədə, yəni şəhərdə "Kəpəz"ə qarşı belə münasibət olacaq, o qədər də klub onun-bunun əl meymunu olacaq.

İndi də komanda ev oyunlarını Qəbələdə keçirəcək.

Çox demirəm, 1 qram qürur !!!

"Kəpəz"in Premyer Liqaya gətirilməsinə qərar verənlər kim idi?

Hazırkı durumda ev oyunlarının Gəncəyə yaxın bir yerdə keçirilməsini arzulayanlar, burdasınız ? Sizi orda oyunda görmək xoş olacaq. Gəncənin yarısı Bakıda oxuduğu, işlədiyi dövrdə sizin öz mənafeyinizi güdməyinizi hələ çox xatırladacam.

Ay, ölkənin "ən böyük azarkeş kütləsi", nə bilim, futbol akademiklərinin ən çox olduğu şəhər çıxdı elə öz axırınıza.

Dediyiniz sözlərin bir qəpik dəyəri yoxdursa , “susmaq qızıldır” məsəlinə gedin.

Bu arada İsgəndər Cavadov yaxın günlərdə klubun başına gəlir , bir dəfə bu söhbət olanda sosial şəbəkələri dağıdanlar, mətbuata çıxanlar - sizi də görəcəyik

Göygöl, Şəmkir, Yevlax stadionları tələblərə cavab vermir , Tovuz stadionuna da "Turan" razı deyil”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti