Ermənilər ÇL-də də Azərbaycana qarşı növbəti təxribata əl atdı - FOTO

11 Avqust 2022 09:00 Qalmaqal 1 183
Ermənilər ÇL-də də Azərbaycana qarşı növbəti təxribata əl atdı - FOTO

Ermənistanda “Pünik” ilə Serbiya “Srvena Zvezdası arasında keçirilən görüşdə ermənilər növbəti dəfə təxribata əl atıb.

Sportinfo.az xəbər verir ki, “Pünik” azarkeşləri İrəvanda keçirilən Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ Ermənistandır, Kosovo Serbiyadır” yazılı pankart açıblar.

Qarşılaşma "Pünik"in 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. İki oyunun nəticəsinə görə 7:0 hesablı üstünlük əldə edən "Srvena Zvezda" pley-offa yüksəlib.

İyulun 20-də Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən “Pünik” -“Düdelanj” matçı zamanı da ermənilər təxribata yol açmışdı.

İrəvanda keçirilən qarşılaşmada tribunada açılan pankartda işğaldan azad olunmuş Qarabağı Ermənistan ərazisi kimi göstərilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti