"İkiüzlülük etdi, məni burada görmürsənsə, kişi kimi düzünü de!"

31 İyul 2022 11:00 Qalmaqal 905
"İkiüzlülük etdi, məni burada görmürsənsə, kişi kimi düzünü de!"

Bugünlərdə “Ximki” ilə müqavilə imzalayan Ayaz Quliyev “Spartak”ın sabiq baş məşqçisi Domeniko Tedesko ilə münaqişəsindən danışıb.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Moskva təmsilçisində oynadığı vaxtlarda almaniyalı mütəxəssisin ona inandığını dediyini, amma eyni zamanda onu daim ehtiyat oyunçular skamyasında saxladığını bildirib:

"Spartak"dan ayrılmaq istəyirdim. Amma Tedesko məni buraxmadı. Onunla toplanışda söhbətimiz oldu.

Mənə dedi ki, "Çox şadam ki, getmədin. Mən sənə güvənirəm".

Qış toplanışını yaxşı əhval-ruhiyyədə keçirdim. Bu müddət ərzində Tedesko ilə təxminən üç dəfə söhbətimiz oldu. O, məni təriflədi və həvəsləndirdi.

Amma çempionat bərpa olunanda payızda baş verənlər davam etdi, yenə ehtiyat oyunçular skamyasında oturmuşdum.

Bu, ikiüzlülükdür. Məni əsas heyətdə görmürsənsə, kişi kimi düzünü de. İcarəyə gedib sakitcə oynayardım.

Amma qalmağımı təkid edən o idi. Eyni zamanda, o, məni oynamağa qoymadı”.

Digər Xəbərlər
Xəbər Lenti