Qurban Qurbanovla "Sürix"in futbolçusu arasında insident

27 İyul 2022 23:30 Qalmaqal 1 043
Qurban Qurbanovla "Sürix"in futbolçusu arasında insident

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında insident baş verib.

Sportinfo.az xəbər verir ki, 101-ci dəqiqədə Ramil Şeydayevə qarşı kobudluqdan sonra Qurban Qurbanov görüşün baş hakimi Allard Lindhauta etiraz edib.

Bu isə meydanın sahiblərinin qaydanı pozan oyunçusu Fidan Alitiyə xoş gəlməyib və o, 50 yaşlı mütəxəssisin etirazına sərt reaksiya verib. Qurbanov futbolçunu sakitləşdirərək, ona barmağı ilə "Əla" işarəsi göstərib.

"Qarabağ"ın tərcüməçisi Aydın Rüstəmov isə "Sürix"in baş məşqçisi Franko Fodaya yaxınlaşaraq, ona öz iradlarını bildirib və oyunçunun hörmətsizlik etdiyini vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”