“Kəpəz“də QALMAQAL – Baş məşqçi yeni transferin “qələmini qırdı“

26 İyul 2022 09:40 Qalmaqal 2 261
“Kəpəz“də QALMAQAL – Baş məşqçi yeni transferin “qələmini qırdı“

«Kəpəz» növbəti qalmaqala səhnə olub.

Gəncə klubu 1 aydan artıqdır düşərgədə yer alan və aylıq 1500 dollar maaş qarşılığında birillik rəsmi müqavilə bağladığı Peyman Keşavarzla yolları ayırmaq ərəfəsinə gəlib.

Belə ki, cənubi azərbaycanlı müdafiəçinin məşqlərdə və yoxlama görüşlərində özünü zəif təsirdən göstərməsi, həvəssiz görünməsi Yaşar Vahabzadəni qıcıqlandırıb.

Baş məşqçi onun xidmətindən imtina etməsi barədə rəhbərliyi məlumatlandırıb və Peymanın kontraktına tezliklə xitam verilməsini istəyib.

O, son olaraq "Traktor"da çıxış edib. 26 yaşlı futbolçu karyerası ərzində “Maşinsazi”, “Esteqlal” və “Qostareş”də də forma geyinib.

2020-ci ilin yanvarından “Səbail”in uğurları üçün çalışıb. O, Bayıl komandasının heyətində iki mövsüm ərzində 20 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”