“Razılaşmırdı, artıq məbləğ istəyirdi” – 3 qat Azərbaycan çempionu buna görə ...

24 İyul 2022 19:40 Qalmaqal 2 511
“Razılaşmırdı, artıq məbləğ istəyirdi” – 3 qat Azərbaycan çempionu buna görə ...

“Cavid İmamverdiyevə maliyyə təklifi etmişdik, razılaşmırdı. Artıq məbləğ istəyirdi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə komandasının tanınmış futbolçularından olan Cavid İmamverdiyevlə bağlı qərarını şərh edərkən deyib.

“Neftçi”nin və millimizin sabiq yarımmüdafiəçisi təlim-məşq toplanışının əvvəlində klub rəsmiləri ilə söhbətdə maaşının artırılması tələbi ilə çıxış edib.

Baş məşqçi bunun mümkünlüyünü futbolçunun diqqətinə çatdırıb. Amma qarşısına şərt qoyub:

“Futbolçunun daha yaxşı məvacib istəməsi anlaşılandır. Cavidə dedim ki, səni yaxşı başa düşürəm. Qarşıda yoldaşlıq görüşləri olacaq, maaş məsələsi həmin oyunlarda özünü necə göstərməyindən asılıdır.

İki oyunda şans verdim. Cavidi kifayət qədər yaxşı tanıyan biri kimi potensialından aşağı çıxış etdiyini gördüm. Belə deyim, istədiyimi ala bilmədim. Oturub danışdıq, vəziyyəti özünə başa saldım”.

Cavid İmamverdiyev yüksək dəstədə “Neftçi”, “Karvan”, “Sumqayıt”, “Sabah”, “Keşlə” (indiki “Şamaxı”) kimi komandaların heyətində 300-ə yaxın oyunda meydana çıxıb. O, 3 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti