"Bir klub rəhbəri deyib ki, milliyə futbolçu verməyəcək"

23 İyul 2022 00:30 Qalmaqal 1 002
"Bir klub rəhbəri deyib ki, milliyə futbolçu verməyəcək"

"Həmin klubun adını çəkmək istəmirəm.

Amma bir klub var ki, rəsmi olaraq bildirib ki, biz İslamiada üçün milliyə futbolçu verməyəcəyik. Bunu klub rəhbəri bildirib".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycanın 21 yaşadək milli komandasının (U-21) baş məşqçisi Samir Əliyev deyib.

9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan millisi hələ də bir yerə toplaşmaqda çətinlik çəkir.

İslamiadadakı komandaya baş məşqçilik edəcək Samir Əliyev bundan şikayətlənib:

"İnsanın özündə patriotizm olmalıdır. Onda yoxdursa, bunu ondan gözləmək olmaz.

Əsasən 21 yaşadək millimizdən 10-12 futbolçu götürmək istəyirəm. Ümumilikdə isə turnirin reqlamentinə əsasən 23 futbolçu cəlb edə bilərik.

Heç bir yoxlama oyunu keçirməmişik. Çünki komandalarımız avrokubok matçlarına hazırlaşırlar".

Azərbaycan millisi İslamiadada B qrupunda İran, Səudiyyə Ərəbistanı və Mərakeş yığmaları ilə oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"