“Sürix” “Qarabağ”a qolu ofsayddan vurub - İsveçrə mətbuatı yazır ki... VİDEO

20 İyul 2022 20:20 Qalmaqal 1 121
“Sürix” “Qarabağ”a qolu ofsayddan vurub - İsveçrə mətbuatı yazır ki... VİDEO

"Sürix"in Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ın qapısına vurduğu ilk qol cütün taleyi baxımından həlledici rol oynaya bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə İsveçrənin nau.ch saytı məlumat yayıb.

Lindrit Kamberinin 65-ci dəqiqədə vurduğu qolu paylaşan nəşr həmin epizodda açıq-aşkar oyundankənar vəziyyətin olduğunu etiraf edib.

Sayt yazıb ki, "Sürix"in hər iki qolunda Bosniya və Herseqovinadan olan baş hakim İrfan Peltonun aktiv köməyi olub:

"Düzdür, penalti epizodu ilə bağlı deyiləcək bir şey yoxdur. Amma 65-ci dəqiqədə Adrian Qereronun cərimə zərbəsini yerini yetirdiyi vaxt qol müəllifi Kamberi açıq-aşkar ofsaydda idi.

Bunu epizodun baxdıqda da görmək olur ki, Kamberi "Qarabağ"ın müdafiəçisindən bir addım irəlidədir. Lakin yan xətt hakimi 22 yaşlı müdafiəçinin öndə olduğunu heç görməyib".

O da bildirilir ki, xoşbəxtlikdən Çempionlar Liqasının təsnifat mərhələlərində VAR sistemi tətbiq olunmur. Ona görə də Sürixdəki cavab görüşü növbəti mərhələyə yüksəlmək baxımından həlledici ola bilər.

"Qarabağ" dünən İsveçrə çempionu "Sürix"ə 3:2 hesabı ilə qalib gəlib. "Sürix"in mərhələ adlaması üçün 2 top fərqlə qalib gəlməsi lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!