Bakıda ŞOK HADİSƏ ilə üzləşdi, narazı fanatların qarşısına çıxmaqdan qorxdu!

16 İyul 2022 14:00 Qalmaqal 1 160
Bakıda ŞOK HADİSƏ ilə üzləşdi, narazı fanatların qarşısına çıxmaqdan qorxdu!

Çempionlar Liqasının təsnifat mərhələsinin “Qarabağ” - “Lex” matçından (5:1) sonra qonaq komandanın düşərgəsində qalmaqal yaranıb.

Bakıya gəlmiş bir qrup polşalı oyunun ardından komandanın qaldığı otelə yollanıb.

Onlar baş məşqçi Con van den Bromla görüşmək və ondan biabırçı yenilgi haqda hesabat tələb etmək niyyətində olub.

Niderlandlı mütəxəssis narazı fanatların önünə çıxmaqdan çəkinib.

Belədə futbolçulardan bəzisi tərəfdarlar danışmaq və sakitləşdirmək məcburiyyətində qalıb. Komanda üzvləri darmadağına görə “Lex” azarkeşlərindən üzr istəyib, bir daha belə halın yaşanmayacağını vəd ediblər.

Yerli "Voetbalbelgie"nin yazdığına görə, Con van den Bromun istefaya yollanması gündəmə gəlib. Poznan klubunun rəhbərliyi 56 yaşlı məşqçidən uğursuz nəticələrə görə hesabat tələb edib.

Onun gəlişindən sonra komanda ölkə superkubokunda "Rakov"a uduzub. Bununla yanaşı onun rəhbərliyi altında komanda "Qarabağ"a uduzaraq Çempionlar Liqasındakı çıxışını dayandırıb.

Bir müddət əvvəl niderlandlı ilə iki illik müqavilə imzalanılsa da, onun yaxın vaxtlarda istefaya göndərilməsi də iddia edilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!