"Qarabağ"ın oyununda mübahisə: "Onlara xəbərdarlıq edilərək sərbəst buraxılıblar”

13 İyul 2022 00:40 Qalmaqal 1 721
"Qarabağ"ın oyununda mübahisə: "Onlara xəbərdarlıq edilərək sərbəst buraxılıblar”

Sportinfo.az xəbər verir ki, sosial şəbəkələrdə və KİV-lərdə Bakıda keçirilən Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” və “Lex”in qarşılaşmasından sonra mübahisə edən bəzi azarkeşlərin saxlanılması ilə əlaqədar məlumatlar səsləndirilib.

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, oyun öncəsi, həmçinin oyun zamanı və oyundan sonra polis əməkdaşları ictimai təhlükəsizliyi və ictimai asayişi elə qələbəmizə layiq mühafizə ediblər:

“Oyundan sonra stadiondan kənarda bir qrup azarkeşin öz aralarında mübahisəsinin də qarşısı polis əməkdaşları tərəfindən dərhal alınıb. Onlara xəbərdarlıq edilərək sərbəst buraxılıblar”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”