Azərbaycanlı futbolçu Mübariz Mənsimovu küçə söyüşləri ilə təhqir etdi - FOTO

27 İyun 2022 19:00 Qalmaqal 6 572
Azərbaycanlı futbolçu Mübariz Mənsimovu küçə söyüşləri ilə təhqir etdi - FOTO

İyunun 30-da “Palmali” şirkətləri qrupuna məxsus və Xoşbəxt Yusifzadənin adını daşıyan gəmi Türkiyədə suya buraxılacaq.

Məşhur şirkətin rəhbəri Mübariz Mənsimov bununla bağlı “Palmali”nin “feysbuk” səhifəsində video məlumat verib.

Mənsimov adı dillər əzbəri olan şəhidimizin anası ilə telefon danışığı quraraq onu iyunun son günündə İstanbula dəvət edib.

Bilet, məskunlaşma, qidalanma, bir sözlə, bütün xərclərin şirkəti tərəfindən qarşılanacağını deyən Mübariz bəy şəhid anasından xoş sözlər eşidib.

Həmçinin, istənilən məsələdə ona maddi və mənəvi yardım etməyə hazır olduğunu dilə gətirib.

“Xəzər Lənkəran”ın fəxri prezidentinin canlı yayımda söylədikləri izləyicilər tərəfindən sevgi ilə qarşılanıb.

Lakin bir nəfər – keçmiş futbolçu Elmar Xeyirov xeyriyyəçi iş adamını küçə söyşləri ilə təhqir etmək qərarına gəlib.

Vaxtilə “İnter”, “Simurq”, “ABN Bərdə” kimi komandaların formasını geyinən, U-21 millimizə dəvət alan, Belarusda legioner həyatı yaşayan, hazırda ABŞ-da məskunlaşan Xeyirov Mənsimovu blogerlərə sataşmaqda günahlandıraraq onu söyüb:

“Mübariz Mənsimov, blogerlərə qarşı çaşdığın üçün sənin o qəmini soxarıq sənin ....”

Sübut üçün həmin yazının fotosunu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!