UEFA millimizin üzvünə ağır cəza verdi – Təhlükəli hərəkətinə görə

19 İyun 2022 19:40 Qalmaqal 1 644
UEFA millimizin üzvünə ağır cəza verdi – Təhlükəli hərəkətinə görə

Qismət Alıyevin Azərbaycan millisindəki debütü qara gəldi.

Millətlər Liqasında Belarusla Novi-Saddakı səfər qarşılaşmasının (0:0) 65-ci dəqiqəsində Maksim Medvedevin əvəzinə meydana daxil olan cinah müdafiəçisi 19 dəqiqə sonra meydandan qovuldu.

Baş hakim Qismətin Qleb Şevçenkoya qarşı kobudluğunu haqlı olaraq birbaşa qırmızı vərəqə kimi dəyərləndirdi.

Tünd rəngli vərəqənin birbaşa göstərildiyini nəzərə alsaq, milli üzvünün azı 2 oyunu kənardan izləyəcəyi məlum idi.

Elə buna görə də Alıyevin soyadına yığmanın Slovakiya və Belarusla Bakıdakı oyunlarında rast gəlmədik.

Maraqlanarkən məlum oldu ki, UEFA-nın İntizam Komitəsi “Zirə”nin üzvünə 3 oyunluq cəza verib. Artıq 2 oyunluq cəzanı başa vuran 25 yaşlı futbolçu millinin qarşıdakı görüşündə də iştirak edə bilməyəcək.

Canni de Byazinin yetirmələri Millətlər Liqasındakı növbəti oyununu sentyabrın 22-də səfərdə Slovakiyaya qarşı keçirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”