Yığmamızın futbolçusunu kim və necə İNSİDENTƏ ÇƏKİB? - FOTOLAR

11 İyun 2022 10:40 Qalmaqal 2 363
Yığmamızın futbolçusunu kim və necə İNSİDENTƏ ÇƏKİB? - FOTOLAR

Azərbaycan və Slovakiya milliləri arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyununda (0:1) insident baş verib.

Yığmamızın müdafiəçisi Abbas Hüseynov 85-ci dəqiqədə rəqib oyunçu Albert Rusnakla mübahisə edib.

Litvalı baş hakim Donatas Rumsas onları sakitləşdirə bilib. Onun final fitindən sonra ara yenidən qızışıb.

Bu dəfə hər iki komandanın üzvəri mübahisəyə girişib. Mahir Emreli və digərləri burada aktiv «rol alıb».

Söhbətin belə yerə gəlib çıxmasının səbəbi təhqiramiz ifadə olub.

Belə ki, Rusnak oyunun gedişində meydana çıxmış Hüseynovun epizodların birində onunla sərt mübarizəyə girişməsindən xoşlanmayıb və ünvanına söyüş işlədib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”