Tanınmış azərbaycanlı məşqçi bu qərara etiraz etdi, iş yerindən ayrıldı

8 İyun 2022 19:00 Qalmaqal 1 967
Tanınmış azərbaycanlı məşqçi bu qərara etiraz etdi, iş yerindən ayrıldı

Gələn “futbol ili”ni Premyer Liqada keçirəcək “Kəpəz”də məşqçi ayrılığı yaşanıb

Vidadi Rzayev AFFA-nın Yaşar Vahabzadəni baş məşqçi postunda saxlamasına etiraz ələmati olaraq iş yerini tərk edib.

O, yerli publikanın antipatiya bəslədiyi mütəxəssislə çiyin-çiyinə işləməyi artıq özünə yaraşdırmayıb.

Hələ bir müddət öncə məlumat vermişdik ki, uğursuz nəticələr səbəbindən gəncəli azarkeşlərin gözündən düşən və istefası istənilən çalışdırıcı Vidadi Rzayevlə problem yaşayıb.

O, köməkçisinin komanda daxilində AFFA-nın fəaliyyətini tənqid etməsinə sərt reaksiya göstərib.

Federasiyanın «Kəpəz»ə barmaqarası yanaşmasından gileylənən yardımçısına «bu sözlər xoşuma gəlmir, çünki məni bura AFFA təyin edib» söyləyən Vahabzadə gözləmədiyi cavabı alıb:

«Mən həmişə düzü demişəm və bundan sonra da deyəcəm. Nə olsun ki, «Kəpəz»i AFFA maliyyələşdirir, susmalıyam?».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti