Bu məkana getdilər, otelə gec qayıtdılar, məşqçi hamını... Millidəki olayın ŞOK TƏFƏRRÜATI

4 İyun 2022 16:40 Qalmaqal 1 725
Bu məkana getdilər, otelə gec qayıtdılar, məşqçi hamını... Millidəki olayın ŞOK TƏFƏRRÜATI

U-19-un baş məşqçisi Miloş Velebit 3 futbolçunu düşərgədən uzaqlaşdırıb.

Bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Xəyal Fərzullayev ("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı") və Elcan Əbilov ("Neftçi") nizam-intizam qaydalarını pozduğu üçün baş məşqçinin qəzəbinə tuş gəlib.

Maraqlıdır, söhbət hansı intizam pozuntusundan gedir?

Adları çəkilən futbolçular otelə gec gəldikləri üçün cəzaya məruz qalıb.

Belə ki, məşqdən sonra müəyyən müddətdə istirahət etmək icazəsi olan yığma üzvləri maksimum saat 23.00-a qədər mehmanxanada olmalıdır. Bu barədə onlara öncədən xəbərdarlıq edilib.

Lakin Xəyal, Qurban və Elcan həmin saatda otelə qayıtmayıb. İnzibatçı bu barədə Velebitə xəbər verən kimi baş məşqçi futbolçuların axtarışına tapşırıq verib. Futbolçular saat 00.00 radələrində otelə qayıdıblar.

Harda olublar? Məsciddə!

Hər halda bunu baş məşqçiyə özləri deyib.

Eşitdiklərindən və gördüklərindən qəzəblənən serbiyalı mütəxəssis gecə yatağından qaldıraraq təcili iclas keçirib. Futbolçuları ən sərt şəkildə tənqid edib və təcili yığmanın sıralarını tərk etmələrinə dair tapşırıq verib.

İntizamı pozanlar bu gün günorta saatlarında Bakıya yola salınıblar.

U-19 hazırda Qəbələdə təlim-məşq toplanışındadır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti