Azərbaycana gələn bu məşqçi banka pul atıbmış… ŞOK FAKT YALNIZ BİZDƏ!

20 May 2022 13:00 Qalmaqal 1 415
Azərbaycana gələn bu məşqçi banka pul atıbmış… ŞOK FAKT YALNIZ BİZDƏ!

Ötən gün "Mariopul"un fiziki hazırlıq üzrə məşqçisi Sergey Yankovı Azərbaycana gəlib.

Ukraynanın "footboom.com" saytının yaydığı xəbərə görə, 38 yaşlı mütəxəssis Premyer Liqada çıxış edən klubların birindən təklif alıb.

Onun danışıqlar üçün hazırda Bakıda olduğu bildirilib. Lakin Yankovı ilə hansı komandanın maraqlandığı açıqlanmayıb.

"Mariopul" ölkədəki müharibə ilə bağlı aparıcı futbolçuları və məşqçilər heyəti ilə vidalaşıb.

Bu, Sergey Yankovının Azərbaycana ilk gəlişi deyil. O, əvvəllər də ölkəmizdə çalışıb.

Ukraynalı 2017-ci ilin payızında «Sumqayıt»la 1 illik müqavilə bağlayıb. Nazim Süleymanovun dəvəti ilə burada işə başlayan mütəxəssis 1000 dollar maaş alıb.

Süleymanov istefaya göndəriləndən sonra da klubdakı işini davam etdirib. Lakin yol verdiyi hərəkət ciddi qalmaqala gətirib çıxarıb.

Hansı ki. həmin hadisə haqda dövrü mətbuat heç nə yazmayıb. Çünki bu fakt maksimum dərəcədə gizli saxlanılıb və indi Sportinfo.az birinci dəfə olayın üstünü açır.

Deməli, Yankovı əməkhaqqısının yarısını nağdlaşdırmaq üçün Sumqayıtda yerləşən bank filiallarından birinə yaxınlaşıb. Bank əməliyyatçısı 500 dollar əvəzinə səhvən ona 800 dollar ödəyib.

Pulu sayan məşqçi 300 dolları geri qaytarmayıb və 500 dolları qəbul etməsinə dair qəbzə imza atıb.

Günün sonunda bankda təhvil-təslim aparılıb, pulun əskik gəlməsi üzə çıxıb. Araşdırma gedib, bilinib ki, həmin gün filalda yalnız 1 dəfə dollar əməliyyatı həyata keçirilib.

Ertəsi gün bankdan Yankovı ilə əlaqə saxlanılıb və əməliyyatçının səhvi barədə məlumat verilib, artıq pulu geri qaytarması xahiş edilib.

Fəqət, o, cəmi 500 dollar almasını bildirib, növbəti çağırışa da məhəl qoymayıb. Vəziyyəti belə görə bank rəhbərliyi klubla əlaqə saxlayıb və Yankovının bankda olarkən çəkilən görüntülərini onlara təqdim eləyib.

Hadisəni düzgün йymətləndirən ikincilər ukraynalı mütəxəssislə əməkdaşlığı dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti