QALMAQALIN İŞTİRAKÇISI: “Ondan günahımın nə olduğunu soruşdum” - VİDEO

11 May 2022 20:40 Qalmaqal 811
QALMAQALIN İŞTİRAKÇISI: “Ondan günahımın nə olduğunu soruşdum” - VİDEO

Premyer Liqanın 26-cı turu çərçivəsində keçirilən “Sumqayıt” – “Şamaxı” qarşılaşmasındakı (2:0) insident diqqətdən yayınmadı.

Matçın gedişində qonaqların futbolçusu Sadio Tounkaranın rəqib oyunçuya qarşı kobud oynaması az qala qalmaqala səbəb olacaqdı.

“Kimyaçılar”ın ehtiyat qapıçısı Tərlan Əhmədlinin skamyadan duraraq “hadisə yerinə qaçması” və malili oyunçu ilə mübahisə etməsi xoş sonluqla başa çatdı.

Sonradan topdaşıyan uşaqlardan birinin Tounkaraya qarşı irqçi davranışa yol verdiyini, afrikalının buna əsəbləşərək uşağın üstünə getdiyini öyrəndik.

Topdaşıyan uşaqlardan biri yanındakı şəxsə malili yarımmüdafiəçini göstərərək, "Qaranın ayaqqabısına bax" deyib.

Bunu təhqir kimi qəbul edən 30 yaşlı oyunçu uşaqların üzərinə getmək istəyib. Bu zaman "gənclik şəhəri" təmsilçisinin qapıçısı Tərlan Əhmədli məsələyə qarışaraq, Tounkara ilə mübahisə edib.

Komanda yoldaşları hər iki futbolçunu sakitləşdiriblər. Olayın təfərrüatına varmaq üçün Sadio ilə əlaqə saxlamaq mümkün olmasa da, Tərlanla danışa bildik.

27 yaşlı qapıçı Sportinfo.az-a hadisə barədə danışdı:

“Oyun zamanı yerə yıxılan komanda yoldaşım Rüfət Abdullazadəni qaldırarkən Tounkara ilə aramda kiçik anlaşılmazlıq yaşandı.

Ondan günahımın nə olduğunu soruşdum. Əslində isə, Tounkara ətrafda olan bir azarkeşin sözünə əsəbiləşmişdi.

Bu da oyun zamanı gərginliyə səbəb oldu. Futbolda belə şeylər ola bilər. Bunu şişrtməyin məncə adı yoxdur. Daha sonra komanda yoldaşlarımın da söhbətə müdaxiləsi ilə hər şey öz qaydasına düşdü”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"