Millinin futbolçusu QALMAQAL yaratdı: Söydü, qışqırdı, zərbə endirdi, su qabını təpiklədi

10 May 2022 23:20 Qalmaqal 987
Millinin futbolçusu QALMAQAL yaratdı: Söydü, qışqırdı, zərbə endirdi, su qabını təpiklədi

Almaniyada - "Ertsgebirge"də çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov qalmaqala səbəb olub.

Sportinfo.az "Tag24" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu II Bundesliqada "Verder"ə 0:3 hesabı ilə uduzduqları XXXIII tur oyununda əvəzlənməsinə sərt etiraz edib.

73-cü dəqiqədə meydandan çıxan Nazarov söyüş söyməklə yanaşı, narazılığını qışqıraraq bildirib. O, ehtiyat oyunçular skamyasına zərbə endirib və su qutusunu təpiklə vurub.

Məsələ ilə bağlı qısa danışan forvard hər şeyin qaydasında olduğunu bildirib:

"Bir dəqiqəlik əsəbiləşdim. Oynamağa davam etmək və komanda yoldaşlarıma köməklik göstərmək istəyirdim.

Hesab 0:1 olanda hər zaman nə isə etmək mümkündür. Ancaq baş məşqçi Pavel Doçev hər şeyi mənə izah etdi və artıq hər şey yaxşıdır".

23 xalla 17-ci pillədə qərarlaşan "Ertsgebirge"nin aşağı liqaya düşəcəyi dəqiqləşib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”