Bu sözü təhqir saydı, uşağın üzərinə yeridi, ara qarışdı - VİDEO

10 May 2022 09:00 Qalmaqal 1 205
Bu sözü təhqir saydı, uşağın üzərinə yeridi, ara qarışdı - VİDEO

Sumqayıtda eyniadlı komanda ilə "Şamaxı" arasında Azərbaycan Premyer Liqasının XXVI tur matçından (2:0) sonra insident baş verib.

Sportinfo.az xəbər verir ki, hadisəyə topdaşıyanların qonaq komandanın futbolçusu Sadio Tounkaraya qarşı irqçi hərəkət etməsi səbəb olub.

Onlardan biri yanındakı şəxsə malili yarımmüdafiəçini göstərərək, "Qaranın ayaqqabısına bax" deyə müraciət edib.

Bunu təhqir kimi qəbul edən 30 yaşlı oyunçu uşaqların üzərinə getmək istəyib. Bu zaman "gənclik şəhəri" təmsilçisinin qapıçısı Tərlan Əhmədli məsələyə qarışaraq,

Tounkara ilə mübahisə edib. Komanda yoldaşları hər iki futbolçunu sakitləşdiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”