Binədəki sillə-təpiyin əsl səbəbi üzə çıxdı: AĞIR SÖYÜŞÜ KİM SÖYÜB? - VİDEO

26 Aprel 2022 20:40 Qalmaqal 2 154
Binədəki sillə-təpiyin əsl səbəbi üzə çıxdı: AĞIR SÖYÜŞÜ KİM SÖYÜB? - VİDEO

Aprelin 24-də Binədə keçirilən “Cəbrayıl” – “Energetik” qarşılaşması qonaqların hakimə fiziki təzyiq göstərməsi səbəbindən başa çatdırılmadı.

Oyunboyu baş hakim Rövşən Rəcəbovla köməkçilərinin qərarlarından narazı qalan mingəçevirlilər son saniyələrdə əsəblərinə hakim ola bilmədi.

Rəcəbovun “Cəbrayıl”ın futbolçusuna ikinci “sarı”nı göstərib meydandan qovduğu epizodda nominal meydan sahiblərinin qapısına penalti təyin etməməsi davanın başlanğıcı idi. Lakin sillə-təpiyə başqa şey səbəb olub.

Məlum penalti epizodundan sonra “Energetik”in bəzi futbolçuları “fit sahibləri”nin ünvanına hədə-qorxu atmacası atıb. Yan xətt hakimi isə cavabında çox ağır söyüşdən istifadə edib.

“Ədalət təmsilçisi”nin bu sözünü eşidən futbolçu onu vurmağa cəhd göstərib, ardınca referilərin əlindən əsəbiləşən digərləri da onlara hücum çəkib.

Hər halda həmin vaxt stadionda olmuş şəxsin bildiyi və eşitdiyi budur. Davanın səbəbini, günahkarların kimliyini AFFA İntizam Komitəsi müəyyənləşdirib lazım olan qərarı verəcək.

Aprelin 17-də Region Liqasının ¼ final mərhələsinin ilk oyunu çərçivəsində Mingəçevirdə baş tutmuş “Energetik” – “Cəbrayıl” görüşündə qonaqlar 2:1 hesablı qələbəyə sevinmişdi.

Aprelin 24-dəki cavab qarşılaşması başa çatdırılmayıb. Yaşananlara görə “Energetik”ə texniki məğlubiyyət veriləcəyi gözlənilir.

Həmin görüntüləri bu linə daxil olaraq izləyə bilərsiz:

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!