Region Liqasında iki komanda arasında dava düşdü – VİDEO+FOTOLAR

18 Aprel 2022 12:40 Qalmaqal 983
Region Liqasında iki komanda arasında dava düşdü – VİDEO+FOTOLAR

Dünən Region Liqasında ¼ final mərhələsinin ilk oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, yarışda debüt edən «Cəbrayıl» Mingəçevirdə «Energetik»in qonağı olub.

Gərgin keçən matçı 4000 nəfərdən artıq azarkeş izləyib. Lakin «işıqçılar» doğma azarkeşlərini sevindirə bilməyib.

Qonaqlar 2:1 hesabıyla qalib gəlib. Hakimin final fitindən sonra meydanda ortalıq qarışıb, hər iki komandanın futbolçuları arasında dava düşüb.

Yalnız polisin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!