ŞOK! Azərbaycanda hakim baş məşqçini vurdu, klub rəhbərliyinə hədə-qorxu gəldi

4 Aprel 2022 10:40 Qalmaqal 1 840
ŞOK! Azərbaycanda hakim baş məşqçini vurdu, klub rəhbərliyinə hədə-qorxu gəldi

AFFA tərəfindən keçirilən U-15 liqasının son turunun «Keşlə» - EFA görüşündə qalmaqal yaşanıb.

Belə ki, oyunun baş hakimi Əkbər Əhmədovun ilk hissədə bir neçə kobud səhvə yol verməsi qonaq komandanın narazılığına səbəb olub.

Fasilə elan olunandan sonra EFA-nın baş məşqçisi Vüsal Mustafayev referiyə yaxınlaşaraq, verilən səhv qərarların, xüsusilə də ilk hissənin sonunda yaşanmış epizodda nədən penalti təyin etməməsinin səbəbini soruşub.

«Fit sahibi» məşqçinin suallarına məhəl qoymadan meydançanı tərk edib.

Daha sonra Vüsal Mustafayev ona bu hərəkətinin hörmətsizlik olduğunu bildirərək, az əvvəl verdiyi sualları təkrarlayıb. Əkbər Əhmədovun cavabına hamınız təəccüb edəcəksiz: "Sən mənə sual verə bilməzsən!".

Baş məşqçi "bəs mən sualı kimə verməliyəm" dedikdə, hakim gözlənilmədən ona qırmızı vərəqə göstərib.

Ardınca Vüsal Mustafayev "mən təhqirsiz-filansız sənə epizodlar barədə suallar verirəm, "qırmızı kart verməyinin səbəbi nədi" deyə soruşduqda, hakim ona "indi formadayam, çıxıb çöldə söhbət edərik" cavabı alıb.

Hakimin bu sözlərindən sonra ortalıq bir az da qarışıb. Lakin təmkinliyini qoruyub saxlamağı bacaran baş məşqçi "mənimlə burada küçə söhbəti eləmə, suallarıma cavab ver" dedikdən sonra hakim hər kəsin gözü qarşısında onun boğazından tutaraq kənara itələyib.

Onsuz da, bayaqdan aqressiv danışığı və hakimliyə yaraşmayan tərzi ilə hamının əsəblərini tarıma çəkmiş Əkbər Əhmədovun bu hərəkəti bardağı daşıran son damla olub.

Onun baş məşqçini boğaraq itələməsi oyunu izləməyə gələn valideynlər tərəfindən kəskin etirazla qarşılanıb.

Vüsal Mustafayev bundan sonra da olayların qarşısını almaq məqsədilə valideynləri sakitləşdirməyə çalışıb. EFA rəhbərliyinin xahişi ilə valideynləri sakitləşdirmək mümkün olub.

Lakin bayaqdan "qoçuluq" edən Əkbər Əhmədov bu dəfə də üzünü EFA rəhbərliyinə tutaraq, "görün, sizin başınıza nə oyun açacam" sözləri ilə onlara hədə-qorxu gəlib.

Odur ki, matç yarımçıq qalıb. Hakimlər meydan sahibi komandanın onlar üçün ayırdığı otaqdan çıxmayaraq, ikinci hissədə meydana çıxmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti