“Sportinfo”ın yaydığı VİDEO böyük rezonans doğurdu: "Necə çəkilib, bilmirəm" - VİDEO

15 Mart 2022 15:00 Qalmaqal 851
“Sportinfo”ın yaydığı VİDEO böyük rezonans doğurdu: "Necə çəkilib, bilmirəm" - VİDEO

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev gənclərdən ibarət yığmanın toplanışında stolun üzərinə çıxaraq meyxana deyib.

Sportinfo.az-ın yaydığı görüntülər sosial şəbəkələrdə ciddi rzonans doğurub və geniş müzakirə olunub.

Futbolçunu tənqid edənlər onun daha çox kriminal aləmə həsr edilmiş meyxananı təkrarlamasına toxunublar. Maraqlıdır ki, həmin vaxt millinin məşqçilər heyəti də orada olub və bu səhnəni gülüşlə qarşılayıb..

Elvin Cəfərquliyev “qafqazinfo”ya açıqlamasında saytımızın tirajladığı video haqda bunları deyib:

“Video U-21 millinin toplanışında çəkilib. Özü də təxminən 3 il əvvəl. Məşqlərdə verilən tapşırıqların yekununa əsasən bəzən məşqçilərin verdiyi cəzalar olur.

Cəzalar adətən əyləncə xarakterlidir. Həmin anda ağlıma gələn, sözlərini bilidiyim o idi deyə, onu oxudum.

Orada tək mən deyil, bir neçə futbolçu da oxumuşdu. Necə çəkilib, haradan çəkilib, bilmirəm.

Maraqlıdır ki, 3 il əvvəlin videosu indi yayılır. Çox güman, məşqçilərin masasından çəkilib.

Oradan görünən odur. Yenə də deyirəm, Əyləncə xarakterli idi”.

Digər Xəbərlər
Xəbər Lenti