“Yoluxanların 81 faizi xəstəliyi yüngül simptomlarla keçirir”

2 Dekabr 2020 15:10 Problem 386
“Yoluxanların 81 faizi xəstəliyi yüngül simptomlarla keçirir”

“Ölkə üzrə ümumi ölüm faizi 1,1 faiz təşkil edir”.

Sportinfo.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü Nəzrin Mustafayeva bugünkü brifinqdə deyib.

O bildirib ki, ürək-damar, şəkərli diabet, xərçəng xəstələrində ağırlaşma və ölüm halları daha yüksək müşahidə edilir:

“Yoluxma sayı panikaya səbəb olub. Ancaq onların 81 faizi yüngül simptomları keçirirlər. Lakin bəzi həssas olan şəxslər xəstəxanalara axın edirlər.

Ev şəraitində tətbiq olunan müalicədən əlavə həkim məsləhəti olmadan digər vasitələrdən istifadə edirlər. Daha da ağırlaşmış hallarda xəstəxanaya müraciət edirlər.

Həyəcanı və panikanı üstələyərək ətrafımızdakıları düzgün idarə edə bilərik. Bəziləri yaşadıqları məkanı tərk edirlər. Bu, digər vətəndaşlar üçün təhlükə yaratmaqdadır. Təəssüf ki, 1 ilə yaxın müddətdə effektiv peyvənd təsdiqlənməyib”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"