Asəf Namazovdan ismarıc: ”20 yaşlı zəifi yığmaya çağırmırlar”

26 Noyabr 2020 17:40 Problem 752
Asəf Namazovdan ismarıc: ”20 yaşlı zəifi yığmaya çağırmırlar”

Azərbaycanın veteran futbolçusu Asəf Namazov bizə zəng etmişdi.

Azərbaycan yığmasının məşqçisi Arif Əsədova ismarıcı olduğunu dedi, çatdırmağımızı istədi.

Veteran futbolçunu qəzəbləndirən Arif Əsədovun yığmanın nəticələrini “malalaması” olub.

Əsədov “Futbol+” qəzetinə verdiyi müsahibədə bildirib ki, yığmada nəsildəyişmə, cavanlaşdırma prosesi aparılır.

Asəf müəllim dedi ki, Arif Əsədova çatdırın, nəsildəyişmə prosesini klubda apararlar, yığmada yox. Yığmada ölkənin ən güclü futbolçuları oynamalıdır.

“Əgər bir futbolçu 36 yaşında da ən yaxşıdırsa, yaşını nəzərə alıb, onun əvəzində 20 yaşlı daha zəifi yığmaya çağırmırlar” dedi Namazov. Və ardınca da vurğuladı ki, futbolumuz belə “mütəxəssis”lərə həvalə olunduğu üçün bu durumdadır.

Arif müəllim həmin müsahibədə ictimaiyyəti də ittiham edib. Deyib ki, bir dəfə uğursuzluq olan kimi, hamı baltalayır.

Yəni sözündən belə çıxır ki, Azərbaycan yığması daim uğur qazanıb, amma nankor cəmiyyət bu uğuru görməyib, bir dəfə Millətlər Liqasında uğursuzluq olan kimi də tənqidə başlayıb. Adamın əli ağzında qalır, vallah.

30 il bundan əvvəl torpaqlarımızı işğal edib orda məskunlaşan ermənilər cəhənnəm olub gedərkən, nə deyirdilər? Deyirdilər ki, 3 min ildir bu torpaqlarda yaşayırıq. Onda da Arif Əsədovun əli ağzında qalmışdı heyrətdən.

Yəqin ki, Asəf müəllim, ismarıcınızı çatdırdıq Arif Əsədova. Nə demək istədiyinizi başa düşüb-düşməyəcəyinə isə zəmanətimiz yoxdur.

Nəzərə alın, AFFA-nın himayəsi altında olanlar, həm də oradakılar kimi düşünürlər. Daha doğrusu, düşünməyə məcbur edilirlər.

NATİQ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”