“Narın qırmızı rəngləri mənə Orxanın qanını xatırladır” - FOTOLAR

3 Noyabr 2020 11:30 Problem 1 271
“Narın qırmızı rəngləri mənə Orxanın qanını xatırladır” - FOTOLAR

“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti Ermənistanın mülki əraziləri atəşə tutması nəticəsində həlak olan Tərtər rayon sakini 16 yaşlı Orxanın dəfn mərasimini işıqlandırıb.

Sportinfo.az xəbər verir ki, fotojurnalist həmin şəkilləri öz instaqram hesabında paylaşaraq belə şərh verib:

“Tərtər, Azərbaycan.

16 yaşlı yeniyetmə Orxan öz bağında nar yığarkən Tərtər şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində vurularaq öldürülüb.

Anası və xalası onun tabutunu qucaqlayır. Portretində sevinc dolu gülümsəyən bir oğlan görsənir. Narın qırmızı rəngləri isə bizə kədərlə onun qanını xatırladır. Ailəsinin çəkdiyi acı əbədi olacaq”.




Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti