"Koronavirus bir şayiədir” deyən insanlar da var"

30 Oktyabr 2020 01:24 Problem 349
"Koronavirus bir şayiədir” deyən insanlar da var"

“Koronavirus adi qrip kimi başa düşülür. “Koronavirus bir şayiədir” deyən insanlar da var.

Amma biz bu cəmiyyətdə yaşayırıqsa, virus tüğyan edirsə, qaydalara əməl etməsək, hər birimizin bu virusa yoluxma ehtimalı yüksəkdir”.

Sportinfo.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupun rəhbəri, həkim, infeksionist Vasif Əliyev REAL TV-nin efirində qonaq olarkən deyib.

O bildirib ki, respirtor infeksiyalar arasında biz qripi hər zaman görürdük: "COVİD-19 virusu və qripin klinik əlamətləri bənzərdir. Bütün əlamətlər hamısı bir insanda görünməyə bilər.

Boğaz ağrısı, qarın ağrısı, iştahsızlıq, halsızlıq, baş ağrısı kimi şikayətlər hər iki virusda görülə bilər. İybilmə, dadbilmə kimi əlamətlərin itməsi daha çox koronavirusa aiddir.

Amma bu o demək deyil ki, bu şikayətləri olmayan xəstə virusa yoluxmayıb. Bu iki virusu ayırd etmənin yeganə yolu laborator diaqnostikadır. Erkən dönəmdə diaqnostika üçün yaxma götürülməsi məsləhətdir”.

Digər Xəbərlər
Xəbər Lenti