Birinci Qarabağ müharibəsində ölmədi, dünən Bərdədə həlak oldu - FOTOLAR

29 Oktyabr 2020 16:07 Problem 367
Birinci Qarabağ müharibəsində ölmədi, dünən Bərdədə həlak oldu - FOTOLAR

Sportinfo.az xəbər verir ki, “Anadolu” agentliyi işğalçı Ermənistanın ötən gün Bərdədə törətdiyi qətliamın qurbanlarından biri olan Fazil Hacıyevin dəfn mərasimini işıqlandırıb.

Türkiyə mətbu orqanı qeyd edib ki, terror aktı nəticəsində dünyasını dəyişənlər arasında xanımı ilə həkimdən çıxaraq aptekə dərman almağa gedən 51 yaşlı Fazil Hacıyev də olub.

Hacıyev Bərdənin Niftçi kəndində dəfn edilib.

“Qardaşım 1993-cü ildə Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Savaş meydanında ölmədi, amma aptekdən dərman alarkən vuruldu. Bir oğlu indi cəbhədədir və onun atasının vəfatından xəbəri yoxdur. Sadəcə atasının yaralı olduğunu bilir”,- deyə F. Hacıyevin qardaşı bildirib.



Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"