Hikmət Hacıyev bu iki təşkilatı Azərbaycana dəvət etdi

29 Oktyabr 2020 07:30 Problem 475
Hikmət Hacıyev bu iki təşkilatı Azərbaycana dəvət etdi

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Human Rights Watch və Amnesty International təşkilatlarını Ermənistanın cinayətlərini qiymətləndirmək üçün Azərbaycana dəvət edib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə öz tvitter hesabında bildirib.

“Ermənistanın Azərbaycanın Bərdə şəhərinə qarşı soyqırımı aktı: ölənlərin sayı 20-yə çatıb, yaralıların sayı 40-dan çoxdur. Hamısı günahsız mülki şəxslərdir. Hücumda “Smerç” klaster raketlərindən istifadə edilib.

Human Rights Watch və Amnesty İnternational təşkilatlarını Ermənistanın bu cür cinayətlərinin yerində qiymətləndirilməsi üçün dəvət edirik”,- deyə Prezidentin köməkçisi qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular