Sabiq "Qarabağ"lı erməni terroruna biganə qalmadı

17 Oktyabr 15:04 Problem 465
Sabiq "Qarabağ"lı erməni terroruna biganə qalmadı

Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələrinin yenidən Gəncəni raket atəşinə tutması futbol ictimaiyyəti tərəfindən pislənilib.

Sportinfo.az
xəbər verir ki, Azərbaycan millisinin, eyni zamanda Premyer Liqada çıxış edən yerli futbolçuların böyük əksəriyyəti sosial şəbəkə vasitəsilə mənfur qonşuların terror aktına münasibət bildirib.

Uzun illər ölkəmizdə “Qarabağ”ın formasını geyinmiş albaniyalı futbolçu Ansi Aqolli də baş verən hadisəyə reaksiya verib. İnstaqram səhifəsi vasitəsilə paylaşım edən 38 yaşlı müdafiəçi Ermənistan silahlı qüvvələrinin mülki vətəndaşları qətlə yetirməsini qınayıb.

17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində Gəncədə yaşayış evlərinə düşən raketlər nəticəsində dağıntılar altından xəsarət almış 52 nəfər və 12 nəfərin cəsədi çıxarılıb.

Digər Xəbərlər
Xəbər Lenti