Ermənistan razılıq verdi - Şərtlər açıqlandı

26 Noyabr 2023 08:30 Problem 1 041
Ermənistan razılıq verdi - Şərtlər açıqlandı

"Azərbaycanla Ermənistan arasında birbaşa sülh danışıqlarının aparılması ilə bağlı irəli sürülən fikirlər sağlam əsaslara malikdir.

Çünki hər hansı iki ölkə arasında bir vasitəçi peyda olursa, burada o dövlət də öz maraqlarını önə çəkir.

Vasitəçi bu məsələdə öz xeyrini güdəndə iki tərəfdən birinin maraqlarına zərbə vurur. Eyni zamanda bu, hər iki tərəfin də ziyanına səbəb olacaq bir gedişdir.

Bunu teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, məhz bu kontekstdə Azərbaycanla Ermənistan arasında danışıqların ikili formatda aparılması daha yaxşı seçimdir: “Bu görüşü iki ölkə sərhədində, ya da qonşu Gürcüstanda aparmaq olar. Belə olan halda heç bir tərəf üçüncü bir dayağa ehtiyac duymur. Hər iki tərəf beləliklə öz maraqlarını qarşılıqlı şəkildə uzlaşdırır. Ona görə də, bu, çox düzgün bir formatdır”.

Politoloq Ermənistanın sərhədlərin dəqiqləşməsi ilə bağlı son sovet xəritələrinə istinadla bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Sözsüz ki, burada Azərbaycan üçün məqbul olan variant üzərində dayanılacaq. Azərbaycan keçmiş sovet dövründə heç də zəif ölkə statusunda olmayıb. 1978-ci ildə SSRİ konstitusiyası qəbul edilərkən respublikaların suverenliyini təmin edən bir çox maddələr burada öz əksini tapdı. Həmin konstitusiyanın 76-ci maddəsində qeyd edilirdi ki, heç bir respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Məhz 76-cı maddənin əsasında Azərbaycan SSRİ-nin rəhbərliyi 1988-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin istəyini rədd edib. Çünki həmin vaxt onlar Azərbaycan SSRİ-dən ayrılmaq istəyirdi. Eyni zamanda Ermənistan SSRİ-nin ali sovetinin keçmiş Dağlıq Qarabağı özünə birləşdirmək qərarı sovet konstitusiyasına zidd olduğu üçün ləğv edilib”.

Zərdüşt Əlizadə hesab edir ki, bu gün dünya ölkələri Helsinki Yekun Aktına istinad etsin: “Avropadakı sərhədlər məhz bu akt əsasında qiymətləndirilib. Azərbaycanla Ermənistanın da sərhəd məsələsində Helsinki Aktına istinad etməsi labüddür. Erməni tərəfi çox şeyi iddia edə bilər. Onlar az qala 3 min ildən artıq bir sərhədlərə də istinad edir. Bunlar xam xəyallardır. Amma ermənilər unutmasın ki, 1929-cu ildə Zəngəzur Ermənistana verilib. Ona görə də, ayrı-ayrı illərlə bağlı xəritələri mübahisləndirmək uğurlu olmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 10:00 Ronaldinyo “Survivor”da