Millimizin oynayacağı stadion pis vəziyyətdədir - FOTO

19 Noyabr 2023 08:50 Problem 1 086
Millimizin oynayacağı stadion pis vəziyyətdədir - FOTO

AVRO-2024-ün seçmə mərhələsində F qrupunda yer alan Azərbaycan millisinin rəqibi Belçika yığması dünən Serbiya ilə yoldaşlıq görüşünü Brüsseldə keçirməyib.

Sportinfo.az xəbər verir ki, əvvəlcədən görüşün “Kral Boduen” stadionunda keçiriləcəyi gözlənilirdi.

Amma oyun Leuvendəki “Den Dref” arenasına təyin olunub.

Buna səbəb isə Brüsseldə yağan leysan yağışın paytaxt stadionunun qazonunu bərbad vəziyyətə salmasıdır.

Eyni zamanda, belçikalılar ümid edirlər ki, bu gün Azərbaycanla keçiriləcək oyuna qədər “Kral Boduen” stadionunda ot örtüyünün vəziyyəti yaxşılaşacaq.

Çünki ot örtüyü hələ də pis vəziyyətdədir.

Digər Xəbərlər
Xəbər Lenti