Mahir Emrelinin Almaniya klubuna keçidi niyə yubanır?

20 İyul 2024 13:20 Problem 2 003
Mahir Emrelinin Almaniya klubuna keçidi niyə yubanır?

Azərbaycan millisinin və "Dinamo"nun (Zaqreb) futbolçusu Mahir Emrelinin "Nürnberq" ilə hələ də müqavilə imzalamamasının səbəbi bəlli olub.

Sportinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, II Bundesliqa təmsilçisinin məşqçilər korpusu 27 yaşlı hücumçu ilə bağlı analizləri davam etdirirlər.

Tərəflər arasında artıq bir dəfə görüş olub. "Nürnberq" klubunun nümayəndələri təcrübəli forvardla yenidən görüşmək istəyirlər.

Baş məşqçi Miroslav Kloze də bu keçidin reallaşmasında maraqlıdır.

M.Emrelinin fərdi keyfiyyətlərinə bələd olan mütəxəssis onu sərəncamında görmək arzusundadır. Məsələyə bu həftənin sonuna kimi tam aydınlıq gələcək.

Emrelinin Zaqreb “Dinamo”su ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı