Messinin durumu necədir?

19 İyul 2024 12:20 Problem 2 128
Messinin durumu necədir?

“İnter Mayami”nin ulduzu Lionel Messi topuq bağındakı zədə səbəbindən komandanın ən azı iki matçını buraxacaq.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, bu barədə MLS təmsilçisinin baş məşqçisi Xerardo Martino bildirib.

“O, müayinə olunmalıdır. Artıq şəkillərə baxmaq imkanım olub.

Vəziyyətin ciddiliyini müəyyən etmək üçün testlər keçirməyi planlaşdırırıq.

Biz həmişə Argentina milli komandasının həkimindən məlumat alırıq. O, müayinənin nəticələrini almamışdan əvvəl çox diqqətlə diaqnoz qoyur”.

Argentinalı hücumçu Amerika kubokunun finalında Kolumbiya ilə oyunda (1:0) zədələnib. Hücumçu matçın 66-cı dəqiqəsində əvəzlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı