Məşhur idmançı yenə təcavüz qalmaqalı ilə gündəmə gəldi - FOTO

19 Yanvar 2025 02:40 Problem 907
Məşhur idmançı yenə təcavüz qalmaqalı ilə gündəmə gəldi - FOTO

İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor cinsi təcavüzə görə yenidən məhkəməyə verilib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Front Office Sports" məlumat yayıb.

Qadın məhkəməyə müraciət edərək, Makqreqorun 2023-cü ilin iyunun 9-da "Mayami Hits" - "Denver Naggets" NBA oyunu zamanı onu kişilər otağına sürüklədiyini və təcavüz etdiyini bildirib.

O, 2023-cü ilin iyununda polisə şikayət edib. Lakin Florida Ştat Prokurorluğu Makqreqora qarşı ittiham irəli sürməkdən imtina edib.

2024-cü ilin noyabrında Makqreqor növbəti zorlamaya görə mühakimə olunub. Qadın bildirib ki, döyüşçü və dostu Ceyms Lourens otel otağında ona təcavüz ediblər. Hadisə 2018-ci ildə baş verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı