“Heç bir valideyn övladının futbola görə universitetdən qovulmasını istəmir”

5 İyul 2024 17:20 Problem 1 050
“Heç bir valideyn övladının futbola görə universitetdən qovulmasını istəmir”

“Futbolçu ilk növbədə savadı ilə seçilməli, şəxsiyyət olmağı bacarmalıdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq hücumçusu Vaqif Cavadov deyib.

Hazırda məşqçi kimi “Sumqayıt”ın əvəzedici komandasında çalışan mütəxəssis gənc futbolçuların yetişməsinə əngəl törədən problemlər haqda danışıb:

“Heç bir valideyn övladının futbolu seçərək universitetdən qovulmasını istəmir.

Ali məktəbə daxil olanlar? Bunun özü də ayrı dərddir.

Universitetə daxil olmaq üçün bir neçə müəllimin yanına hazırlığa gedirlər. Belə olduğu halda uşaqda fikir dağınıqlığı yaranır.

Məşqə gəlsə də, həm də dərslərini, ali məktəbə daxil olmamaq təhlükəsini düşünür. Ali məktəbə daxil olandan sonra isə dərslər və davamiyyət imkan vermir.

Oxumasınlar demirəm. Amma ali məktəbdə oxumaqla yanaşı, məşqlərdə və oyunlarda mütəmadi iştirak etmək alınmır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı