“Danışmaq üçün cəmi iki dəqiqəm var idi” – Təşkilatçılıqdan şikayətləndi

27 İyun 2024 18:40 Problem 638
“Danışmaq üçün cəmi iki dəqiqəm var idi” – Təşkilatçılıqdan şikayətləndi

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Ukrayna ilə heç-heçədən (0:0) sonra Avropa çempionatının təşkilindən şikayətlənib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı çalışdırıcı stadiona indiyə qədər heç vaxt rastlaşmadığı şəraitdə gəldiklərini bildirib:

“Biz stadiona indiyə qədər heç vaxt rastlaşmadığım şəraitdə gəldik. Polisin müşayiəti ilə oteldən stadiona getmək bir saat çəkdi.

Yol tamamilə təmiz idi, lakin onlar saatda 20-25 kilometr sürətlə gedirdilər. Bütün işıqforlar qırmızı idi.

Sonda komanda ilə danışmaq üçün cəmi iki dəqiqəm var idi və biz isinmə vaxtını qısaltmalı olduq. Bu, inanılmazdır”.

Belçika millisi Avropa çempionatının 1/8 finalında Fransa ilə qarşılaşacaq. Qarşılaşma iyulun 1-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı