COP29

İlkin Fikrətoğlu Qurban Qurbanovun səssiz qalmasına ETİRAZ ETDİ!

15 İyun 10:40 Problem 4 696
İlkin Fikrətoğlu Qurban Qurbanovun səssiz qalmasına ETİRAZ ETDİ!

«Qurban Qurbanovun baş məşqçi məsələsi ilə bağlı İcraiyyə Komitəsinin iclasına qatılmaması mənə çatmadı».

Bu sözlər «Sportinfo TV»nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.

O, İcraiyyə Komitəsinin üzvü olan «Qarabağ»ın baş məşqçisinin Fernando Santuşun millinin sükanı arxasına gətirilməsinə dair müzakirələrdən kənarda qalmasına münasibət bildirib.

Tanınmış telejurnalistin fikrincə, təcrübəli mütəxəssis portuqaliyalı çalışdırıcının təyinatına reaksiya verməli idi:

«Biz elə birinci Qurban Qurbanovun futbolumuzun rəhbərliyiində təmsil olunmaöını istəyirdik ki, naşı adamıar istədiyini edib, futbola ziyan vurmasın.

Qurbanov isə iclasın hətta onlayn formatda keçirilmısinı belə baxmayaraq, toplantıya qatılmadı.

AFFA-dan verilən açıqlamaya görə, Qurban Qurbanov baş məşqçi məsələsinin həssaslığını əsas gətirərək, toplantıda iştirak edə bilməyəcəyini deyib. Bax ha. həssaslığını.

Bəs, ay Qurban müəllim, elə sizin AFFA-da təmsil olunmağınızı bu həssas məsələlərə görə istəyirdik də.

Daha soz də ən həssas məsələdə özünüzü kimlərləsə pis etməmək ya başqa hansısa səbəbdən kənara çəkiləcəksizsə, onda hanı Qurban Qurbanov fərqi?

Heç yaraşmadı sizə. Nə isə, bu təyinatın futbolumuz üçün «xeyirli-uğurlu olsun» deyək.

Amma məncə, uzağı, 1 ildən sonra «Fernando Santuş - buna da bir quş deməsək» yaxşıdır».

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?