“İrəvan hələ də Moskvanın dəvətinə cavab verməyib”

22 Noyabr 2023 18:30 Problem 401
“İrəvan hələ də Moskvanın dəvətinə cavab verməyib”

“Ermənistan hələ də Rusiyanın Azərbaycanla danışıqları Moskvada keçirməklə bağlı dəvətinə aydın cavab verməyib”.

Bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

“Sentyabr, oktyabr və noyabrda Ermənistana Moskvada və çoxtərəfli tədbirlərdə danışıqlar keçirilməsi ilə bağlı dəvət göndərilib. Biz bu dəvətlərə hələ də aydın cavab almamışıq”, - deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, İrəvan danışıqları Vaşinqton və Brüsseldə keçirməyə can atır.

Digər Xəbərlər
Xəbər Lenti