Azərbaycanla oyun ərəfəsində daha bir problemlə üzləşdilər

19 Noyabr 2023 02:20 Problem 650
Azərbaycanla oyun ərəfəsində daha bir problemlə üzləşdilər

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə qarışlaşacaq Belçika yığması daha bir itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Amadu Onanadan sonra qapıçı Arnaud Bodartın da tsiklin son matçını buraxacağı dəqiqləşib.

Həftəboyu düşərgədə olmasına baxmayaraq, səhhətində problem yaşayan 25 yaşlı qolkiper heyətdən kənarlaşdırılıb.

Daha əvvəl isə əsas qapıçı Tibo Kurtua zədə ucbatından milliyə çağırılmamışdı.

Noyabrın 19-da Brüsseldə keçiriləcək Belçika - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti