PROBLEM: Kəndlərdə niyə bankomatlar yoxdur? - VİDEO

18 Noyabr 2023 12:30 Problem 761
PROBLEM: Kəndlərdə niyə bankomatlar yoxdur? - VİDEO

Günümüzün tələbinə uyğun olaraq, müavinət, təqaüd və maaşlar fərdi bank kartlarına köçürülür və kim nə vaxt, nə qədər istəsə, bankomatlara yaxınlaşıb lazım olan məbləği nağdlaşdıra bilər.

Lakin bir çox kənd və qəsəbələrdə sakinlər üçün bu imkan məhduddur, çünki bankomat çatışmazlığından əziyyət çəkənlər var.

Mövzu ilə əlaqəli ATV Xəbər videosüjet hazırlayıb.

Məlum olub ki, Tovuz rayonunun bir neçə kəndində bankomatlar yoxdur. Sakinlər rayon mərkəzinə getmək üçün isə uzaq yol qət edirlər.

Bəzən isə burada da ya bankomatlarda sıxlıq yaşanır, ya da bankomat işlək vəziyyətdə olmur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!