
“Qarabağ məsələsi Ermənistanın dövlətçiliyinin möhkəmlənməsinə qarşı bir alət olaraq istifadə edilib”.
Bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Qarabağ məsələsində istədiyimizə, minimum olaraq 1996-cı ildə keçirilən ATƏT-in Lissabon sammitindən sonra nail olmaq mümkün deyildi.
Bu sammitdə “konsensus -1”ə qoşulanların və rəsmi görüşlərin qapalı hissəsində və ziyafətlərdə bizi bütün bunların mümkün olduğuna və mütləq baş verəcəyinə inandıranların hamısı bununla yalnız bir - Ermənistan dövlətinin formalaşmasının qarşısını almaq məqsədi güdürdülər”, - deyə Paşinyan qeyd edib.